Adam öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Adam öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
# 12 mart 2015 10:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Azad Orucovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə A. Orucov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökm oxunduqdan sonra məhkəmə zalında olan zərərçəkən şəxsin qohumları ilə təqsirləndirilən şəxsin yaxınları arasında dava düşüb. Bu zaman A. Orucovun ürəyi gedib. Məhkəməyə təcili tibbi yardım çağırılıb və ona yardım göstərilib. Məhkəmə nəzarətçiləri isə tərəfləri sakitləşdirərək zaldan çıxarıblar.

Qeyd edək ki, A. Orucov Xəyyam Allahverdiyevi küt alətlə vuraraq qətlə yetirib.


O, Cİnayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR