Narkotik dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub

Narkotik dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub
# 26 fevral 2015 14:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İlqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, İ. Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İ. Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR