Bank Of Baku

“Real Madrid” 125 milyon avroluq Yan Diomande transferini rəsmən açıqlayıb

“Real Madrid” 125 milyon avroluq Yan Diomande transferini rəsmən açıqlayıb
# 06 avqust 2026 18:21 (UTC +04:00)

“Real Madrid” Yan Diomandenin Almaniyanın “Leypsiq" klubundan transfer olunduğunu elan edib.

APA xəbər verir ki, bu barədə İspaniya klubu məlumat yayıb.

Kot-d'İvuar millisinin 19 yaşlı hücumçusunun Madrid klubu ilə müqaviləsi 2033-cü ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, KİV-də Diomandenin transfer məbləği 125 milyon avro göstərilib.

Diomande 2025-ci ildən "Leypsiq"də çıxış edib. O, 2025/2026 mövsümündə 36 matçda meydana çıxıb, 13 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR