Bank Of Baku

"Real Madrid" "Barselona" ilə oyunöncəsi məşqə çıxmaqdan imtina edib

"Real Madrid" "Barselona" ilə oyunöncəsi məşqə çıxmaqdan imtina edib
# 25 aprel 2025 22:04 (UTC +04:00)

İspaniya Kral Kubokunun final matçından öncə qalmaqal yaşanıb.

Apasport.az xəbər verir ki, "Real" oyunöncəsi məşqə çıxmaqdan imtina edib.

Buna səbəb "kral klubu"nun qarşılaşmanın hakimləri Rikardo De Burqos və Pablo Qonzalesin dəyişdirilməsini istəməsidir.

Madridlilər həmçinin mətbuat konfranslarını və finala qədər olan bütün tədbirləri ləğv etdiklərini açıqlayıblar.

Qərarın hakimlərin "Real"a qarşı ifadələri ilə bağlı olduğu bildirilir. Belə olan halda oyunun baş tutması da sual altına düşüb.

Qeyd edək ki, Kral Kubokunun finalında "Real" "Barselona" ilə qarşılaşacaq. Görüş aprelin 27-də baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR