Bank Of Baku

“Real”ın fəxri prezidenti Amansio vəfat edib

“Real”ın fəxri prezidenti Amansio vəfat edib
# 21 fevral 2023 12:26 (UTC +04:00)

“Real Madrid” futbol klubunun fəxri prezidenti Amansio vəfat edib.

APA xəbər verir ki, bu barədə bu gün klubun mətbuat xidməti məlumat yayıb.

O, 83 yaşında dünyasını dəyişib.

Amansio “Real”ın heyətində 9 dəfə İspaniya çempionu olub.

İspaniya yığmasının heyətində 42 matçda çıxış edən Amansio 1964-cü il Avropa çempionatının qalibi olub.

O, 2 oktyabr 2022-ci il tarixindən “Real”ın fəxri prezidenti idi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR