Rodri AVRO-2024-ün ən yaxşı oyunçusu seçilib

Rodri AVRO-2024-ün ən yaxşı oyunçusu seçilib
# 15 iyul 2024 01:17 (UTC +04:00)

İspaniya millisi final oyununda İngiltərə komandasına qalib gələrək Avropa çempionatının qalibi olub.

APA xəbər verir ki, Berlində, Olimpiya Stadionunda keçirilən görüş 2:1 hesabı ilə başa çatıb.

İspaniya millisinin yarımmüdafiəçisi Rodri 2024-cü il Avropa çempionatının ən yaxşı oyunçusu seçilib

Futbolçu turnir ərzində yeddi oyun keçirib və bir qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR