Bank Of Baku

Rodri dünya çempionatının ən yaxşı futbolçusu seçilib

İspaniya millisinin yarımmüdafiəçisi Rodri

© APA | İspaniya millisinin yarımmüdafiəçisi Rodri

# 20 iyul 2026 03:27 (UTC +04:00)

İspaniya millisinin yarımmüdafiəçisi Rodri 2026-cı il futbol üzrə dünya çempionatının ən yaxşı oyunçusu seçilib.

APA xəbər verir ki, Rodri turnirdə 8 oyunda iştirak edib.

İspaniya millisi finalda Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Turnirin ən yaxşı qapıçısı İspaniya millisinin üzvü Unai Simon, ən yaxşı gənc futbolçusu isə müdafiəçi Pau Kubarsi seçilib.

Dünya çempionatının bombardiri adına isə Fransa millisinin hücumçusu Kilian Mbappe layiq görülüb.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR