Bakıda kibertəhlükəsizliyə dair beynəlxalq konfrans keçirilir - FOTOSESSİYA - VİDEO

Bakıda kibertəhlükəsizliyə dair beynəlxalq konfrans keçirilir - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 13 aprel 2015 08:45 (UTC +04:00)

APA-nın məlumatına görə, konfrans Azərbaycanın 30-dan çox dövlət və özəl təşkilatlarının 90-a yaxın nümayəndəsi və kibertəhlükəsizlik üzrə ixtisaslaşmış ekspertləri bir araya gətirib. Moderatorluğunu ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin etdiyi konfransda ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, XİN-in Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Qaya Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun və Estoniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jaap Ora çıxış edib. Çıxışlar zamanı kibertəhükəsizliyin təmin olunmasında beynəlxalq əməkdaşlığın vacibliyi, Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər və dünyanın qarşılaşdığı kibertəhdidlər barədə danışılıb. Daha sonra tədbir panel çıxışları ilə davam etdirilib.

Xatırladaq ki, tədbir ATƏT-in layihə əlaqələndiricisinin Azərbaycanda kibercinayətkarlığın qarşısının alınması və onunla mübarizə üzrə həyata keçirdiyi layihənin bir hissəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR