Bu ilin iki ayı üzrə Azərbaycanda xarici valyuta əməliyyatlarının həcmi açıqlanıb

Bu ilin iki ayı üzrə Azərbaycanda xarici valyuta əməliyyatlarının həcmi açıqlanıb
# 10 aprel 2018 10:40 (UTC +04:00)

2018-ci ilin yanvar-fevral ayında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən artıb.

"APA-Economics" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2017-ci il ilə müqayisədə bu ilin yanvar-fevral aylarında xarici valyuta əməliyyatlarının həcmi 1,57 dəfə artıb.

2018-ci ilin yanvar ayı ilə müqayisədə fevral ayında dolların alışı 26 mln. 759,9 min manat və ya 13,68% artaraq 222 mln. 427,3 min manat təşkil edib. O cümlədən, yanvar ayı ilə müqayisədə fevral ayında dollar 11 mln. 332 min manat və ya 6,97% az satılaraq 151 mln. 155,3 min manat təşkil edib. 2018-ci ilin fevral ayında dollar ilə əməliyyatların həcmi yanvar ayı ilə müqayisədə 15 mln. 427,9 min manat və ya 4,30% artaraq 373 mln. 582,6 min manat təşkil edib.

2017-ci ilin yanvar-fevral ayı ilə müqayisədə bu ilin eyni dövründə dollar ilə əməliyyatlarda 50,79% artım qeydə alınıb. Belə ki, 2017-ci ilin yanvar-fevral ayında ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 247 mln. 736,3 min ABŞ dolları olubsa, 2018-ci ilin eyni dövründə 373 mln. 582,6 min manat təşkil edib.

Eyni zamanda, bu ilin yanvar ayı ilə müqayisədə fevral ayında avronun alışı 3 mln. 44,7 min manat və ya 24,89% azalaraq 9 mln. 055,6 min manat təşkil edib. O cümlədən, yanvar ayı ilə müqayisədə fevral ayında avro satışı 7 mln. 551,3 min manat və ya 16,55% çox satılaraq 53 mln. 160,7 min manat təşkil edib. 2018-ci ilin fevral ayında avro ilə əməliyyatların həcmi yanvar ayı ilə müqayisədə 4 mln. 506,6 min manat və ya 7,80% artaraq 62 mln. 216,3 min manat təşkil edib.

2017-ci ilin yanvar-fevral ayı ilə müqayisədə bu ilin eyni dövründə avro ilə əməliyyatlarda 2,08 dəfə artım qeydə alınıb. Belə ki, 2017-ci ilin yanvar-fevral ayında avro ilə mübadilə əməliyyatlarının həcmi 29 mln. 821,4 min avro olubsa, 2018-ci ilin eyni dövründə 62 mln. 394,9 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR