Bank Of Baku

Lənkəranda avtomobil 27 yaşlı piyadanı vurub, xəstəxanaya yerləşdirilib

Lənkəranda avtomobil 27 yaşlı piyadanı vurub, xəstəxanaya yerləşdirilib
# 15 avqust 2021 18:45 (UTC +04:00)

Lənkəranda avtomobilin vurduğu 27 yaşlı piyada ciddi xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Xanbulan kənd sakini, 1997-ci il təvəllüdlü Samid Xudatlı yaşadığı kəndin ərazisində idarəetməni itirərək “Khazar” markalı avtomobillə 1994-cü il təvəllüdlü Süsən Mirtağı qızı Babayevanı vurub.

Nəticədə ağır dərəcəli bədən xəsarəti alan qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onurğa sütunu zədələnmiş S.Babayevanın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR