Lənkəranda avtomobilin vurduğu 27 yaşlı piyada ciddi xəsarət alıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Xanbulan kənd sakini, 1997-ci il təvəllüdlü Samid Xudatlı yaşadığı kəndin ərazisində idarəetməni itirərək “Khazar” markalı avtomobillə 1994-cü il təvəllüdlü Süsən Mirtağı qızı Babayevanı vurub.
Nəticədə ağır dərəcəli bədən xəsarəti alan qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onurğa sütunu zədələnmiş S.Babayevanın vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.