Azərbaycanda suvarma sistemləri dəstinin və avadanlığının güzəştlə verilməsi qaydası müəyyənləşib

Azərbaycanda suvarma sistemləri dəstinin və avadanlığının güzəştlə verilməsi qaydası müəyyənləşib
# 05 avqust 2015 04:52 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. 2015-ci il mayın 1-dən fiziki və hüquqi şəxslər tərəfindən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq ediləcək.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”na edilən dəyişiklikdə əksini tapıb.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 aprel tarixli 1176 nömrəli sərəncamına uyğun olaraq, 2015-ci il mayın 1-dən etibarən fiziki və hüquqi şəxslər tərəfindən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi barədə Xüsusi Komissiya müvafiq qərar qəbul edəcək. Qərara əsasən suvarma sistemləri dəstinin və avadanlığının güzəşt məbləği çıxıldıqdan və qalıq dəyəri tam ödənildikdən sonra həmin suvarma sistemləri dəsti və avadanlığı kənd təsərrüfatı məhsulları istehsalçılarının mülkiyyətinə veriləcək. Kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməklə, onun dəyərinin qalan məbləği birdəfəyə ödənildikdə, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti 3 iş günü müddətində həmin texnikanın alıcının mülkiyyətinə verilməsini təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR