Azərbaycanda kommersiya banklarının xarici borclanması 12% azalıb

Azərbaycanda kommersiya banklarının xarici borclanması 12% azalıb
# 10 fevral 2017 14:01 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 979,7 mln. manat və ya 11,94% azalaraq 2017-ci ilin yanvar ayının 1-nə 7 224,8 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ötən ilin noyabr ayı ilə müqayisədə dekabrda bankların xarici borclanması 185,7 mln. manat və ya 2,64% artıb.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2017-ci ilin yanvarın 1-nə 3 422,4 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4 228,1 mln. manat və ya 2,24 dəfə azdır. Məcmu xarici aktivlərin həcmində ötən ilin noyabr ayı ilə müqayisədə dekabrda 221,2 mln. manat və ya 1,33%-lik azalma baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR