Bank Of Baku

Sinişa Mixayloviç vəfat edib

Sinişa Mixayloviç vəfat edib
# 16 dekabr 2022 18:27 (UTC +04:00)

Serbiya yığmasının sabiq futbolçusu Sinişa Mixayloviç vəfat edib.

APA “Sport-Ekspress”ə istinadən xəbər verir ki, o, 54 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Mixayloviçə 2019-cu ildə leykemiya diaqnozu qoyulub. O, müalicə olunduğu müddət ərzində məşqçilik karyerasını davam etdirib.

Mixayloviç “Srvena Zvezda”, “Latsio” kimi klubların heyətində çıxış edib. O, karyerasını 2006-cı ildə “İnter”in heyətində başa vurub.

Mixayloviç “Fiorentina”, “Sampdoriya” klublarının baş məşqçi postunda çalışıb. Bu ilin sentyabr ayının əvvəlində isə üç mövsüm çalışdırdığı “Bolonya” klubundan ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR