Nizami Kino Mərkəzində "Ağır illər... Xoş xatirələr" filminin təqdimatı keçirilib

Nizami Kino Mərkəzində "Ağır illər... Xoş xatirələr" filminin təqdimatı keçirilib
# 03 aprel 2015 19:24 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Nizami Kino Mərkəzində "Ağır illər... Xoş xatirələr" filminin təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, Qazaxıstanın Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak edib.

S. Məmmədəliyeva bildirib ki, filmdə bəhs edən hadisələr Azərbaycan və Qazaxıstanın tarixində mühüm mərhələ, ağrılı illərdir.

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə "Stüdyo-19" şirkətinin istehsal etdikləri "Ağır illər... Xoş xatirələr" sənədli filminin rejissoru xalq artisti Oqtay Mirqasımovdur.

Film sovet hakimiyyətinin repressiya illərində azərbaycanlıların Qazaxıstan çöllərinə sürgün olunmasından, onların burada bütün çətinliklərə tab gətirərək, qazax xalqı ilə qaynayıb-qarışıb həyatlarını davam etdirmələrindən bəhs edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR