Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 2 mlrd. dollara yaxınlaşır

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 2 mlrd. dollara yaxınlaşır
# 10 iyul 2017 08:42 (UTC +04:00)

2017-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 8 mlrd. 678 mln. 422,80 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9,76% çoxdur.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya istinadən xəbər verir ki, cari ilin ilk yarısında ölkənin idxal əməliyyatları 3 mlrd. 409 mln. 673,65 min dollar olub ki, bu da 2016-cı ilin 6 ayı ilə müqayisədə 15,72% azdır.

Hesabat dövründə 5 mlrd. 268 mln. 749,15 min dollarlıq ixrac əməliyyatları həyata keçirilib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 36,45% çoxdur.

Nəticədə 1 mlrd. 859 mln. 75,50 min dollar məbləğində müsbət saldo yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR