Azərbaycanda ötən il cəmi bir yeniyetmə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb edilib

Azərbaycanda  ötən il cəmi bir yeniyetmə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb edilib
# 16 mart 2015 14:51 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Keçən il Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 18 yaşadək 1 nəfər və 1 nəfər ali məktəb tələbəsi cinayət məsuliyyətinə cəlb olunub.

APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının İşçi Qrupu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanmış “Narkotiklərə nəzarət sahəsində 2014-cü ilə dair Ölkə Məruzəsi”ndə əksini tapıb.

Sənəddə qeyd edilib ki, il ərzində cinayət məsuliyyətinə cəlb edilən 2579 nəfərdən 578 nəfəri 30 yaşadək, 1926 nəfəri 30 yaşdan yuxarı, 24 nəfəri fəhlə, 8 nəfəri qulluqçu, 1 nəfəri nəqliyyat işçisi, 77 nəfəri isə qadındır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR