Tərlan Əhmədov millidən təklif gözləyir

Tərlan Əhmədov millidən təklif gözləyir
# 23 noyabr 2023 16:07 (UTC +04:00)

"Hər bir məşqçi işsiz olduğu vaxtda hardansa təklif gözləyir”.

Bu sözləri apasport.az a açıqlamasında təcrübəli mütəxəssis Tərlan Əhmədov bildirib.

52 yaşlı mütəxəssis vaxtilə futbolçu kimi şərəfini qoruduğu Azərbaycan millisinin baş məşqçisi olmağa hazırdır: “Hamı işlədiyi müddətdə yığmadan təklif gözləyər. Hər məşqçi istəyər ki, daha yüksək yerlərdən təklif alsın. Bəli, millidən təklif gözləyirəm".

“Apasport”un jurnalistlər arasında keçirdiyi sorğuda millinin baş məşqçisi postuna əsas namizədlərdən biri kimi göstərilən Əhmədov buna münasibət bildirib: "İnsanların məni bu postda görməsi mənim üçün böyük bir qürurdur. Gördüyüm işlərə önəm verdiyi üçün hər birinə təşəkkür edirəm. Azərbaycan futbolunda az-çox gördüyüm işlər, qazandığım hörmət, komandalarımda çəkdiyim əziyyətin dəyərləndirilməsi mənim üçün böyük bir sevincdir. Əlbəttə, bu, AFFA İcraiyyə Komitəsinin işidir. Federasiya rəhbərliyi yaxşı bilir kimə təklif göndərəcəklər, kimi seçəcəklər. Bu işdə onlara uğurlar arzulayıram".

Mütəxəssis həmçinin, AFFA-dan belə təklif gələrsə, məmnuniyyətlə razılıq verəcəyini bildirib: "Mən də işsiz olduğum müddətdə istərdim ki, hər hansı komandadan, eləcə də millidən təklif alım. Təklif gəlsə, əlbəttə, sevə-sevə qəbul edərəm. Milli yığmada işləmək mənim üçün böyük şərəf olar. Bu iş mənə həvalə olunarsa, əlimdən gələni edərəm. Federasiya rəhbərliyi Tərlan Əhmədova dəyər verərsə, mən də öz növbəmdə can-başla işləməyə hazıram".

Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsi dünən keçirilən fövqəladə iclasında Canni de Byazinin müqaviləsini uzatmamağa, yeni baş məşqçi ilə bağlı işçi qrupun yaradılmasına qərar verib.Tərlan Əhmədov:

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR