CAR-da hakim partiya prezidentə postunu tərk etmək üçün 48 saat vaxt verib

CAR-da hakim partiya prezidentə postunu tərk etmək üçün 48 saat vaxt verib
# 12 fevral 2018 23:46 (UTC +04:00)

Cənubi Afrika Respublikasının hakim Milli Konqres Partiyası ölkə prezidenti Ceykob Zumaya postunu tərk etmək üçün 48 saat vaxt verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, partiyanın lideri Siril Ramafosa dövlət başçısının iqamətgahına gələrək partiyanın qərarını C.Zumaya açıqlayıb.

Müxalifət 2014-cü ildən C.Zumanı dövlət büdcəsindən böyük məbləğdə vəsaiti mənimsəməkdə günahlandırılır. Prezident ona qarşı irəli sürülən ittihamları rədd edir.

Qeyd edək ki, Ceykob Zumanın prezident postunda səlahiyyətlərinin müddəti 2019-cu ildə başa çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR