Bank Of Baku

Türkiyə futbol yığması Latviyanı məğlub edərək EURO-2024-ə vəsiqə qazanıb

Türkiyə futbol yığması Latviyanı məğlub edərək EURO-2024-ə vəsiqə qazanıb
# 16 oktyabr 2023 00:40 (UTC +04:00)

Türkiyə milli futbol yığması gələn il keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaq uğrunda qrup oyununda doğma meydanda Latviya yığmasını qəbul edib.

APA xəbər verir ki, Türkiyə milli komandası rəqibi 4:0 hesabı ilə məğlub edərək, EURO-2024-ə vəsiqə qazanıb.

Qolları Yunus Akgün, Cenk Tosun (2) və Kərəm Aktürkoğlu rəqibin qapısından keçirib. Türkiyə 16 xalla qrup liderliyində mövqeyini möhkəmləndirib. Qardaş ölkə yığmasının qrupda bir oyunu qalıb.

Türkiyə yığması sonuncu qrup qarşılaşmasını səfərdə Uels millisi ilə keçirəcək. Həmin qarşılaşmanın nəticədən asılı olmayaraq, "ay-ulduzlar" gələn il Almaniyada təşkil olunacaq EURO-2024-ə vəsiqəni təmin edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR