Türkiyə kubokunda yarımfinal cütlükləri müəyyənləşib

Türkiyə kubokunda yarımfinal cütlükləri müəyyənləşib
# 01 mart 2024 11:10 (UTC +04:00)

Futbol üzrə Ziraat Türkiyə Kubokunda yarımfinal cütlükləri bəlli olub.

Apasport.az xəbər verir ki, "Ankaragücü", "Trabzonspor", "Beşiktaş" və "Karagümrük" rəqiblərini üstələyərək yarımfinala yüksəlib.

Bu qarşılaşmalarda məğlub olan "Fənərbaxça", "Başakşehir", "Konyaspor" və "Qalatasaray" kubokla vidalaşıb.

Ev-səfər oyun üsulu ilə keçiriləcək yarımfinalda "Beşiktaş" "Ankaragücü" ilə qarşılaşacaq. “Trabzonspor” isə finala çıxmaq üçün "Karagümrük"lə mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR