Türkiyə kubokunun finalının baş hakimi bəlli olub

Türkiyə kubokunun finalının baş hakimi bəlli olub
# 22 may 2024 15:02 (UTC +04:00)

Ziraat Türkiyə Kubokunun finalında "Beşiktaş" - "Trabzonspor" matçını idarə edəcək hakimin adına aydınlıq gətirilib.

Apasport.az Türkiyə Futbol Federasiyasına istinadla xəbər verir ki, qarşılaşmanı Ali Şansalan idarə edəcək.

Serkan Ok və Serkan Olgucan Ali Şansalanın köməkçiləri olacaq. Dördüncü hakim funksiyasını Burak Pakkan yerinə yetirəcək .

Qeyd edək ki, Türkiyə kubokunun finalı sabah Atatürk Olimpiya Stadionunda oynanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR