Bank Of Baku

Türkiyə millisinin keçmiş futbolçusu vəfat edib

Türkiyə millisinin keçmiş futbolçusu vəfat edib
# 20 mart 2024 01:45 (UTC +04:00)

Futbol üzrə Türkiyə millisinin keçmiş hücumçusu Ersen Martin vəfat edib.

APA xəbər verir ki, bu barədə "TRT haber" məlumat yayıb.

Bildirilib ki, o aorta damarı yırtıldığı üçün uzun müddət reanimasiyada müalicə alırdı.

1979-cu ildə Almaniyada anadan olan Ersen Martin futbola Nürnberqdə başlayıb. Ersen Martin Türkiyənin “Beşiktaş”, “Siirtspor”, “Göztəpə”, “Dənizlispor”, “Ankaraspor”, “Trabzonspor”, “Sivasspor”, “Manisaspor”, “Kasımpaşa”, “Gənclərbirliyi” və “Eyüpspor” klublarında da çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR