Bank Of Baku

Türkiyə Super Liqası: "Fənərbaxça" və "Qalatasaray" xal itirib, "Beşiktaş" qələbə qazanıb

Türkiyə Super Liqası: "Fənərbaxça" və "Qalatasaray" xal itirib, "Beşiktaş" qələbə qazanıb
# 12 noyabr 2023 22:25 (UTC +04:00)

"Fənərbaxça" Türkiyə Super liqasının ardıcıl 2-ci oyununda da xal itirib.

Apasport.az xəbər ver ki, "sarı-lacivərdlilər" liqanın XII turu çərçivəsində "Adana Dəmirspor"un qonağı olub.

İsmail Kartalın yetirmələri matça sürətli başlasa da, oyun elə başladığı kimi də bitib: 0-0

Bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldən İstanbul təmsilçisi yenidən turnir cədvəlinin zirvəsinə qalxıb. Eyni xala sahib "Qalatasaray" ikinci pillədə qərarlaşıb. 3-cü yerdə rəqiblərini təqib edən "Adana Dəmirspor"un isə 22 xalı var.

Qeyd edək ki, turun "Beşiktaş" - "Başakşehir" matçında "qara qartallar" yeni baş məşqçisi ilə çıxdığı ilk oyundan qalib ayrılıb: 1-0. Dünən Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" isə evində "Qalatasaray"ı 2-1 hesabıyla məğlub etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR