Türkiyə yoldaşlıq görüşündə səfərdə Avstriyaya 6-1 məğlub olub

Türkiyə yoldaşlıq görüşündə səfərdə Avstriyaya 6-1 məğlub olub
# 27 mart 2024 01:51 (UTC +04:00)

Futbol üzrə Türkiyə millisi yoldaşlıq görüşündə Avstriya yığmasına böyük hesabla məğlub olub.

APA xəbər verir ki, görüş 2024-cü il Avropa Çempionatına (AVRO 2024) hazırlıq mərhələsi çərçivəsində keçirilib.

Ernst-Happel stadionundakı qarşılaşmada avropalılar altı dəfə fərqlənib.

Qardaş ölkə bu qollardan yalnız birnin əvəzini çıxa bilib - 1:6.

Qeyd edək ki, Türkiyə qitə birinciliyində F qrupunda mübarizə aparacaq. Onun rəqibləri Gürcüstan , Çexiya və Portuqaliya yığmalarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR