Bank Of Baku

Türkiyədə hakimi döyən klub prezidenti azadlığa buraxılıb

Türkiyədə hakimi döyən klub prezidenti azadlığa buraxılıb
# 27 dekabr 2023 15:41 (UTC +04:00)

Türkiyənin "Ankaragücü" futbol klubunun sabiq prezidenti sərbəst buraxılıb.

APA NTV-yə istinadən xəbər verir ki, Faruk Koca bu gün azadlığa buraxılıb.

Qeyd edək ki, dekabrın 11-də Türkiyə Super Liqasının 15-ci həftəsində keçirilən "Ankaragücü" "Çaykur Rizespor" matçından sonra klub prezidenti Faruk Koca meydana daxil olaraq hakim Halil Umut Melerə yumruq zərbələri endirib. Bundan sonra o saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR