Bank Of Baku

UEFA Avropa Liqası: “Aston Villa" və “Frayburq" finala vəsiqə qazanıb

UEFA Avropa Liqası: “Aston Villa" və “Frayburq" finala vəsiqə qazanıb
# 08 may 2026 01:04 (UTC +04:00)

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Apasport.az xəbər verir ki, hər iki matç Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

“Aston Villa” öz meydanında “Nottingham Forest”lə qarşılaşıb. İlk görüşdə minimal hesabla məğlub olan ev sahibləri bu dəfə azarkeşlərini sevindirə bilib. Unai Emerinin komandası rəqibini 4 cavabsız qolla darmadağın edərək finala yüksəlib.

Digər görüşdə isə “Frayburq” “Braqa” üzərində 3:1 hesablı qələbə qazanaraq adını finala yazdırıb.

UEFA Avropa Liqası
Yarımfinal mərhələsi
Cavab oyunları

23:00. "Aston Villa" - "Nottingem Forest" 4:0

(İlk oyun 1:2)

23:00. "Frayburq" - "Braqa" 3:1

(İlk oyun 0:1)

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR