UEFA 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İsrail - İsveçrə oyununu təxirə salmaq qərarına gəlib.
APA xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Oyun oktyabrın 12-də İsraildə keçirilməli idi.
Avropanın ali futbol qurumu ölkədə planlaşdırılan digər oyunları da təxirə salıb.
Belə ki, oktyabrın 12-də 21 yaşadək futbolçular arasında 2025-ci il Avropa çempionatının seçmə turnirində İsrail və Estoniya yığmaları, oktyabrın 17-də isə İsrail və Almaniya komandaları oynamalı idi.
İsraildəki mövcud təhlükəsizlik vəziyyətini nəzərə alaraq, UEFA ölkədə keçirilməsi planlaşdırılan bütün qarşılaşmaları yaxın bir neçə həftəyə təxirə salmaq qərarına gəlib..
Oyunların yeni tarixləri daha sonra müəyyən olunacaq.