UEFA Millətlər Liqasında Azərbaycan yığmasının rəqibləri müəyyənləşib

UEFA Millətlər Liqasında Azərbaycan yığmasının rəqibləri müəyyənləşib
# 08 fevral 2024 21:51 (UTC +04:00)

Bu gün futbol üzrə Millətlər Liqasının 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, C divizionunda yarışacaq Azərbaycan yığmasının rəqibləri müəyyənləşib.

Fransanın paytaxtı Parisdə təşkil olunan tədbirdə millimiz Kosova, Bolqarıstan və Farer adaları ilə birlikdə 2-ci səbətdə yer alıb.
Püşkün nəticəsinə görə, yığmamız İsveç, Slovakiya və Estoniya ilə eyni qrupda yer alıb. İsveçlilər və estoniyalılar AVRO-2024-ün seçmə mərhələsində millimizin rəqibi olublar. Slovakiya isə son Millətlər Liqasında C divizionunda komandamızla yarışıb.

Qruplar

1-ci qrup: İsveç, Azərbaycan, Slovakiya, Estoniya
2-ci qrup: Rumıniya, Kosova, Kipr, Litva/Cəbəllütariq
3-cü qrup: Lüksemburq, Bolqarıstan, Şimali İrlandiya, Belarus
4-ci qrup: Ermənistan, Farer adaları, Şimaliya Makedoniya, Latviya

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR