ABŞ raket sınaqlarına görə İrana xəbərdarlıq edib

ABŞ raket sınaqlarına görə İrana xəbərdarlıq edib
# 01 fevral 2017 20:28 (UTC +04:00)

Rəsmi Vaşinqton İranın raket sınaqlarını pisləyir, bu addımın regionda təhlükəsizlik və sabitliyin pozulması kimi qiymətləndirir.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Maykl Flinn bəyan edib.

“Biz rəsmi olaraq İrana xəbərdarlıq edirik. İran ABŞ və onun müttəfiqlərini təhdid etməyə davam edir. Rəsmi Tehranın hərəkətlərini Yaxın Şərq regionunda təhlükəsizlik və sabitliyin pozulmasına cəhd kimi qiymətləndiririk”, deyə M.Flinn bildirib.

Bundan əvvəl İranın müdafiə naziri Hüseyn Dehqan ballistik raket sınaqlarının keçirilməsini təsdiqləyərək bildirib ki, bu addım 2015-ci ildə rəsmi Tehranla “altılıq” arasında nüvə proqramına dair Hərtərəfli Fəaliyyət Planına zidd deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR