Misirdə törədilmiş terrorda ölənlərin sayı 309-a çatıb

Misirdə törədilmiş terrorda ölənlərin sayı 309-a çatıb
# 27 noyabr 2017 23:01 (UTC +04:00)

Noyabrın 24-də Misirin Sinay yarımadasında terrorçuların məscidə hücumu nəticəsində ölənlərin sayı 309 nəfərə çatıb.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Misir Baş prokurorluğunun yaydığı açıqlamada deyilir.

Bundan əvvəl 27-si uşaq olmaqla 305 nəfərin öldüyü, 130-a yaxın insanın yaralandığı bildirilirdi.

Baş prokurorluğun məlumatına görə, İŞİD tərəfindən təşkil edilən hücumda 25-30 silahlı iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR