UEFA Türkiyə və Gürcüstan Futbol federasiyalarını cərimələyib

UEFA Türkiyə və Gürcüstan Futbol federasiyalarını cərimələyib
# 02 iyul 2024 18:00 (UTC +04:00)

UEFA Türkiyə və Gürcüstan Futbol federasiyalarını cərimələyib.

Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Buna atəşfəşanlıq və azarkeşlər arasında dava səbəb olub.

Gürcüstan Futbol Federasiyası (GFF) Almaniyada təşkil edilən AVRO-2024-ün qrup mərhələsinin Türkiyə millisi ilə oyunda (1:3) gürcü azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi və iğtişaş törətməsi səbəbindən 36,25 min avro cərimələnib.

Portuqaliya ilə görüşdə (2:0) isə azarkeşlər meydana çıxıb və pirotexniki vasitələrdən istifadə ediblər. GFF buna görə daha 9,75 min avro cərimələnib. Beləliklə, ümumi məbləğ 46 min avro olub.

Türkiyə yığması isə Gürcüstan millisi ilə qarşılaşmasından sonra atəşfəşanlığa görə 9,75 min avro, azarkeşlər arasında davaya görə isə 25 min avro cəzalandırılıb (cəmi 34,75 min avro).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR