Nigeriyada prezident və parlament seçkiləri keçirilir

Nigeriyada prezident və parlament seçkiləri keçirilir
# 28 mart 2015 10:21 (UTC +04:00)

Bakı - APA. Bu gün Nigeriyada prezident və parlament seçkiləri keçirilir.

APA-nın "Agence France-Presse" agentliyinə istinadən verdiyi xəbərə görə, səhər saatlarından etibarən ölkədəki seçki məntəqələri seçicilərin üzünə açılıb. Bununla yanaşı, Kano və Laqos kimi iri şəhərlərdə yerləşən seçki məntəqələri hələlik fəaliyyət göstərmir. Buna səbəb "Boko Haram" terror qruplaşmasının təhdidləridir.

Paytaxt Abucada da bəzi seçki məntəqələri digərlərinə nisbətən gec açılıb.

Qeyd edək ki, prezidentlik uğrunda hazırkı ölkə başçısı Conatan Qudlak da daxil olmaqla 14 namizəd mübarizə aparır. Namizədlər arasında 1983-1985-ci illərdə ölkəyə rəhbərlik etmiş Məhəmməd Buxari də var.

Xatırladaq ki, "Boko Haram" terror qruplaşmasının lideri Abubakar Şekau bir müddət öncə bildirib ki, Nigeriyada seçkilərin keçirilməsinə imkan verməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR