Beynəlxalq Psixi Sağlamlıq günü ilə bağlı konfrans keçirilib

Beynəlxalq Psixi Sağlamlıq günü ilə bağlı konfrans keçirilib
# 10 oktyabr 2014 13:00 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Psixoqamma Cəmiyyəti tərəfindən Beynəlxalq Psixi Sağlamlıq günü ilə bağlı “Psixikaya sağlam baxış” adlı konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransda çıxış edən Psixoqamma Cəmiyyətinin sədri Limunət Əmrahlı bildirib ki, konfransı keçirməkdə məqsəd təhsil sistemində, ailədə olan problemləri həll etməyə yönəlib: "Eyni zamanda məqsədimiz insanları psixi problemlərin fəaliyyət istiqamətləri ilə tanış etməkdir. 1992-ci ilin 10 oktyabrından bəri hər il bu gün "Psixi sağlamlıq günü" kimi qeyd edilir".

O təəssüflə qeyd edib ki, psixi sağlamlıq dedikdə, təkcə tibbi problemlər nəzərdə tutulur: "Bu isə yanlış fikirdir. Psixi sağlamlıq dedikdə, insanın bütün sahələrdəki davranışı, münasibəti, cəmiyyətdə özünü reallaşdırmasından söhbət gedir".

L.Əmrahlı əlavə edib ki, bu gün əsas psixi problemlərə uşaqların diqqətsizliyi - hiperaktivliyi, hamiləlik zamanı qadınların aldığı travmalar nəticəsində yaranan doğuş problemləri və s. daxildir: "Bu problemləri aradan qaldırmaq üçün psixoloqlar bu sahədə sertifikatlaşdırılmalıdır. Eyni zamanda mətbuatda psixoloji problemlərin aradan qaldırılması ilə bağlı maarifləndirici yazılar yazılmalı, bu mövzu gündəmə gətirilməlidir".

Konfrans müzakirələrlə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR