Dövlət Bahçelinin maşın karvanı qəzaya uğrayıb - FOTO

Dövlət Bahçelinin maşın karvanı qəzaya uğrayıb - <span style="color: red;">FOTO
# 28 noyabr 2014 15:25 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Tunceli səfərindən qayıdarkən, onun maşın karvanında qəza baş verib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, avtomobillərdən biri yola çıxmış iti vurmamaq üçün dərhal əyləcə basıb, onun arxasınca gələn avtomobillər də nəzarəti itirərək bu avtomobillə toqquşub.

Xəsarət alan 5 avtomobildən 3-ü istifadəsiz hala düşsə də, yüngül zədələr almış MHP heyətinin üzvləri xəstəxanaya getmədən öz yollarına davam ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR