Bakıda oğurluqda təqsirləndirilən qadına hökm oxunub

Bakıda oğurluqda təqsirləndirilən qadına hökm oxunub
# 28 noyabr 2014 10:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Nərgiz Ağaməmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, N. Ağaməmmədova 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 2-də Nərimanov rayonu ərazisində Esmira Əliyevanın çantasından 500 manat və 3 ədəd bankomat kartı oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş Nərgiz Ağaməmmədova tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR