Bakıda xarici teatrların rəhbərləri arasında görüş keçirilib

Bakıda xarici teatrların rəhbərləri arasında görüş keçirilib
# 11 noyabr 2014 16:51 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında III Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində xarici teatrların rəhbərləri ilə görüş keçirilib.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Uşaq və Gənclər Teatrları Beynəlxalq ASSİTEJ-in prezidenti İvetta Hardi, Sankt Peterburq Gənc Tamaşaçılar Teatrının incəsənət proqramları üzrə sədri, Rusiyanın xalq artisti Adolf Şapiro, Sankt- Peterburq “KukART” Beynəlxalq teatr festivalının prezidenti, “İnterstudiya”nın direktoru David Burman və başqaları iştirak ediblər.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidovun sədrliyi ilə keçirilən toplantıda qarşılıqlı əməkdaşlıq, habelə gələcəkdə gerçəkləşdirilməsi nəzərdə tutulan bir sıra məsələlər müzakirə olunaraq qərarlar qəbul edilib.

Görüşdən sonra qonaqlar teatrın kiçik səhnəsində P. Filipponun “Don Raffael Tranbomçu” tamaşasını izləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR