Sabah Abşeron yarımadasının bəzi yerlərində 41 dərəcəyədək isti olacaq - VİDEO

Sabah Abşeron yarımadasının bəzi yerlərində 41 dərəcəyədək isti olacaq - <span style="color: red;">VİDEO
# 19 avqust 2014 09:23 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 24-28, gündüz 36-39, yarımadanın bəzi yerlərində 41 dərəcəyədək isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 26-27, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 27-28, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində 28-29 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 43 dərəcə, dağlarda gecə 15-19, gündüz 27-32 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR