Avstraliya İŞİD-ə qarşı hava hücumlarına qoşulacaq

Avstraliya İŞİD-ə qarşı hava hücumlarına qoşulacaq
# 01 oktyabr 2014 10:28 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Avstraliya tezliklə İraqda İŞİD qüvvələrinə qarşı aparılan əməliyyata qoşulacaq.

APA - nın “Russia Today”a istinadən verdiyi xəbərə görə, bunu Avstraliya baş naziri Toni Ebbot parlamentdə çıxış edərkən deyib.

Qeyd edək ki, Avstraliya sentyabrın əvvəlində koalisiyaya qoşulmağa hazırlıq məqsədi ilə Birləşmiş Ərəb Əmirliklərinə 10 təyyarə və 600 nəfərlik hərbi kontingent göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR