Avropa Komissiyasının sədri Jan Klod Yunkerə etimadsızlıq göstərilməyəcək

Avropa Komissiyasının sədri Jan Klod Yunkerə etimadsızlıq göstərilməyəcək
# 27 noyabr 2014 16:03 (UTC +04:00)

Bakı – APA. Avropa Komissiyasının sədri Jan Klod Yunkerə etimadsızlıq göstərilməyəcək.

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, bu gün keçirilən səsvermədə Avropa Parlamenti deputatlarının əksəriyyəti əleyhinə səs verib.

Qeyd edək ki, bir müddət öncə bəzi deputatlar J. Yunkerə etimad göstərilməsi məsələsinin müzakirəyə çıxarılması təşəbbüsü irəli sürüb. Buna səbəb J. Yunkerin Lyuksemburqun baş naziri olarkən beynəlxalq şirkətlərlə əldə edilmiş gizli razılaşmalar haqda yayılmış məlumatlar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR