Nəcəf bəy Vəzirovun indiyədək işıq üzü görməyən əsəri çap edilib

Nəcəf bəy Vəzirovun indiyədək işıq üzü görməyən əsəri çap edilib
# 01 dekabr 2014 08:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlrə Akademiyası (AMEA) M.Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən Nəcəf bəy Vəzirovun indiyədək işıq üzü görməyən əsəri çap edilib.

İnstitutdan APA-ya verilən xəbərə görə, N. Vəzirovun ümumi yaradıcılığı ətraflı öyrənilib, tədqiq edilsə də, “Palıd” elmi əsəri haqqında bir-iki məqaləni çıxmaqla, indiyə kimi bütöv şəkildə nəşr edilməyib. Azərbaycan dilində ərəb əlifbası ilə yazılan bu əsəri M.Füzuli adına Əlyazmalar İnstutitunun Şəxsi fondların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədova işləyərək nəşrə hazırlayıb.

“Palıd” elmi əsəri Azərbaycanda meşəçiliyin inkişafı üçün çox dəyərli vəsaitdir. Burada çürümüş ağacların böyüməsi, növləri, onlara qulluq, yaşı və xüsusiyyətlərini öyrənmək, meşə torpağının dərinliyi, rütubətliliyi əsasında ağacları təyin etmək, ağacların yaşını və kölgəyə davamlılığını təyin etmək, kölgəyə davamlı ağacları təsvir etmək və s. kimi mövzuları əhatə edir.


Qeyd edək ki, “Palıd” elmi əsəri meşə təsərrüfatı sahəsində çalışan işçilər və bu yöndə tədqiqat işləri aparan elmi işçilər üçün əvəzsiz vəsaitdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR