Məhkəmə Eldəniz Quliyevin başqa yerə getməməsi barədə qərar qəbul edib

Məhkəmə Eldəniz Quliyevin başqa yerə getməməsi barədə qərar qəbul edib
# 10 sentyabr 2014 15:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ziyalılar Birliyinin sədri, kinorejissor Eldəniz Quliyevlə bağlı məhkəmə qərar qəbul edib.

E. Quliyevin APA-ya verdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsi onunla bağlı başqa yerə getməmək barədə qərar qəbul edib.

Qeyd edək ki, Eldəniz Quliyev bir neçə gün əvvəl mətbuatda və sosial şəbəkələrdə daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Müraciətdə Azərbaycan polisi ilə bağlı sərt ifadələr yer alıb.

Bundan sonra daxili işlər naziri Ramil Usubov Eldəniz Quliyevlə bağlı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edib. Hazırda həmin şikayət əsasında məhkəmə prosesi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR