Azərbaycan Fotoqraflar Birliyi “Açıq qapı” günü keçirəcək

Azərbaycan Fotoqraflar Birliyi “Açıq qapı” günü keçirəcək
# 26 avqust 2014 10:20 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Avqustun 30-da Xətai İncəsənət Mərkəzində Azərbaycan Fotoqraflar Birliyinin (AFB) “Açıq Qapı” günü toplantısı təşkil olunacaq. AFB-dən APA-ya verilən məlumata görə, toplantıda bir çox tanınmış fotoqrafların çıxışı planlaşdırılır: “Tədbirdə “Say Cheese!” layihəsində iştirak edən birliyin idarə heyətinin üzvü Rauf Umudov layihə haqqında yeni məlumatlar verəcək, fotoqraf Vüqar İbadovun “Müasir Azərbaycan Ordusu” haqqında reportajının təqdimatı olacaq. Mərasimdə həmçinin “Ölkəm Şərq Əməkdaşlığında” fotomüsabiqəsindən sonra yay mövsümünün elan olunmuş iki yeni mövzusunun - “Miras” və “Zəriflik” müsabiqəsinin qalibləri də elan olunacaq”.

Müsabiqələrin ideyası Rauf Umudova məxsusdur.

Qeyd edək ki, fotolar toplantı zamanı peşəkar fotoqraf münsiflər heyəti tərəfindən seçilib açıqlanacaq. “Açıq qapı” günündə AFB-nin yeni təşkilati komandasının təqdimatı da nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR