Kürdəmir rayonunda ağır qəza baş verib, 2 nəfər ölüb, bir nəfər yaralanıb - VİDEO

Kürdəmir rayonunda ağır qəza baş verib, 2 nəfər ölüb, bir nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 28 sentyabr 2014 07:54 (UTC +04:00)

Bakı-APA. Kürdəmir rayonunun Çöl Ərəb kəndində iki maşın toqquşub, ölənlər və yaralanan var.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə “Mercedes” markalı yük avtomobili ilə “Ford” markalı minik maşınının toqquşması nəticəsində baş verib.

Nəticədə "Mercedes"də sıxılmış vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılıb və təcili tibbi yardım xidmətinin əməkdaşlarına təhvil verilib.

"Ford"un sürücüsü, 1986-cı il təvəllüdlü Babayev Ceyhun Bəybala oğlu və onun sərnişini, 1976-cı il təvəllüdlü İmaməliyev Ceyhun Qədir oğlu isə aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində dünyalarını dəyişiblər.

Yanğınsöndürən-xilasedicilər tərəfindən meyitlər yolun kənarından götürərək aidiyatı üzrə təhvil veriliblər.

Qəza baş vermiş ərazidə təhlükəsizlik tədbirləri də görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR