Bakı. Anaxanım Hidayətova – APA. Sentyabrın 8-9-da Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Günter Ottinger Azərbaycana səfər edəcək. Bu barədə APA-ya G. Ottingerin ofisindən xəbər verilib.
Komissar Bakıda keçiriləcək "Şərq tərəfdaşlığı" ölkələrinin energetika nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək. Səfərin proqramı hələlik dəqiqləşməyib.