Bakıda QDİƏT Elm və Texnologiya üzrə İşçi Qrupunun toplantısı keçirilir - FOTOSESSİYA

Bakıda QDİƏT Elm və Texnologiya üzrə İşçi Qrupunun toplantısı keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 01 dekabr 2014 07:03 (UTC +04:00)

APA-nın məlumatına görə, toplantı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Görüşdə QDİƏT-ə üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin 2014-cü il 3 dekabr tarixində keçiriləcək iclasında qəbul olunmaq üçün 2 və 4 illik fəaliyyət planları və Bəyannamə müzakirə ediləcək. İclasın işinə QDİƏT-ə üzv olan Azərbaycan, Türkiyə, Serbiya, Rumıniya, Bolqarıstan, Yunanıstan, Moldova və Ukraynadan yüksək səviyyəli ekspertlər qatılıb. İclasda həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda yerləşən daimi katibliyinin rəhbərliyi, təşkilatın Parlament Assambleyasının, Yunanıstanda fəaliyyət göstərən Qara Dəniz Tədqiqatları Beynəlxalq Mərkəzinin, üzv dövlətlərin Bakıdakı səfirliklərinin nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Azərbaycan QDİƏT-in Elm və Texnologiya üzrə İşçi Qrupunda 2014-cü il iyulun 1-dən ölkə əlaqələndiricisi kimi fəaliyyət göstərir. Azərbaycanın ölkə əlaqələndiricisi kimi səlahiyyət müddəti 2016-cı il iyunun 30-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR