“Elektron hökumət” portalı vasitəsilə ən çox istifadə olunan xidmətlərin siyahısı açıqlanıb

“Elektron hökumət” portalı vasitəsilə ən çox istifadə olunan xidmətlərin siyahısı açıqlanıb
# 13 noyabr 2014 09:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Elektron hökumət” bülleteninin növbəti sayında oktyabr ayı ərzində “Elektron hökumət” portalı üzərindən ən çox istifadə olunan 20 elektron xidmətin siyahısı təqdim olunub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) “APA-Economics”ə verilən məlumata görə, siyahıda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 9, RYTN 4, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 2, “Elektron hökumət” portalının 2, Təhsil Nazirliyinin (TN) 1, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 1, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının (DQMK) 1 elektron xidməti yer alıb.

RYTN-in elektron xidmətlərindən ən çox – 78351 dəfə “Telefon nömrəsi üzrə axtarış” e-xidmətinə müraciət olunub.

Nazirliyin “Mobil cihazların “IMEI” kodunun yoxlanılması” xidmətindən 26247 dəfə, “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” xidmətindən 19175 dəfə, “AzDataCom” internet xidmətinə qoşulma üçün sifariş” xidmətindən isə 3207 dəfə istifadə olunub.

Qeyd edək ki, RYTN-in adıçəkilən 4 xidməti 20 xidmətin daxil olduğu ümumi siyahıda müvafiq olaraq 2-ci, 4-cü, 5-ci və 16-cı yerlərdə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR