Kanadada təyyarə qəzaya uğrayıb

Kanadada təyyarə qəzaya uğrayıb
# 01 sentyabr 2014 18:58 (UTC +04:00)

Bakı-APA. Kanadanın qərbində yüngül təyyarənin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər xəsarət alıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə CBC telekanalı xəbər verib.

Təyyarə Krouford-Bey qəsəbəsindəki qolf meydançasına düşüb. Qəza nəticəsində qadın sərnişin hadisə yerində keçinib, pilot isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Hadisə ilə əlaqədar araşdırmaya başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR