Cəlilabadda meşədə yanğın olub - YENİLƏNİB

Cəlilabadda meşədə yanğın olub - <span style="color: red;">YENİLƏNİB
# 31 iyul 2014 06:54 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, naməlum səbəblərdən baş verən yanğın ETSN və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları tərəfindən söndürülüb.

Yanğın nəticəsində 1,5 hektar əraziyə ziyan dəyib. Yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

FHN-in yanğınla bağlı yaydığı rəsmi məlumatda isə qeyd olunub ki, Cəlilabad rayonu, Ağdaş kəndində Göytəpə Meşəbəyliyinin ərazisində 2 ha sahədə kol-kos və ağaclar yanıb. Meşə ərazisi yanğından mühafizə olunub. Yanğın saat 01:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

30 iyul saat 20:43

Bakı - APA. Bu gün saat 16 radələrində Cəlilabad meşə mühafizəsi və bərpası müəssisəsinin Göytəpə meşəbəyliyinin 10 saylı dolayında naməlum səbəblərdən yanğın hadisəsi baş verib. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. İ.İbrahimovanın sözlərinə görə, yanğın artıq söndürülüb. Yanğın nəticəsində 1,5 hektar əraziyə ziyan dəyib.

Yanğın ETSN və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları tərəfindən söndürülüb.

Yanğının səbəbinin müəyyən olunması məqsədilə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR