APA-nın “Life showbiz” saytına istinadən məlumatına görə, bunu erməni mənşəli Fransa müğənnisi Şarl Aznavur Moskvada verdiyi konsertində deyib.
“Ermənistan hökuməti ölkəsinə nəfəs almağa imkan vermədən onu gənclikdən məhrum edir - gənclər ölkəni tərk edirlər. Bu mənada problem artıq siyasi yox, ümumbəşəri olub. Bu problemi təcili həll etmək lazımdır” - deyə Ş.Aznavur bildirib.